“Unibank Mobile” istifadəçilərinin sayı 100 minə çatıb
5.12.2017

Azərbaycanın ən çox yüklənən və nüfuzlu “Markswebb” agentliyinin ölkənin ən yaxşı mobil bank xidməti seçdiyi “Unibank Mobile”ın istifadəçilərinin sayı 100 minə çatıb. Bu isə o deməkdir ki, ölkədə ən azı 100 min “Unibank” ASC-nin müştərisi banka gəlmədən istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.
Bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, “Unibank Mobile indi daha dinamik və interaktiv olub. Təkmilləşmələrdən sonra mobil əlavədən istifadə daha rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib. İndi smartfonunda “Unibank Mobile” əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:
- Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;
- Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;
- Əsas səhifədə ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;
- Əsas səhifənin aşağı hissəsində rahat menyu;
- Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;
- Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;
- Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər “Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.
Kommunal, büdcə, kredit və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyənlər “Unibank Mobile”dan faydalana bilərlər. Qazanılan bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirmək mümkündür.
“Unibank Mobile” IOS və “Android” platformalarında işləyir. Smartfonza və yaxud planşetə əlavəni http://onelink.to/ffdbwf linkindən yükləmək olar.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ), “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

report.az