Gələn il hər üçüncü smartfonun OLED displeyi olacaq
5.12.2017

Gələn il smartfonlar üçün OLED panellərinin bazar payı 30 faizi üstələməlidir.

Bu barədə “DigiTimes” analitik şirkətinin hesabatında deyilir.

Mənbə əmindir ki, smartfon bazarındakı OLED panelləri populyarlığı daha tez əldə edə bilərlər. Bunun üçün isə istehsalçılar bu cür panellər üçün xas olan displeylərin öz-özünə alışması kimi problemləri aradan qaldırmalıdırlar.

Gələn ilin ilk yarısında “Samsung Display” şirkəti smartfonlar üçün OLED panellərin əsas tədarükçüsü olaraq qalacaq. Ancaq 2018-ci ilin ikinci yarısında belə displeylərin kütləvi istehsalına “LG Display”, “Japan Display” (JDI) və “Sharp” şirkətləri də başlamalıdır.

OLED tərəfindən artan rəqabətə dözmək üçün maye-kristal displeylərin istehsalçıları yüksək keyfiyyətə, əla rəng ötürücülüyünə, kontrast göstəricilərinə və öz məhsullarının digər parametrlərinə üstünlük verirlər.

report.az