İt saxlayanlar vergiyə cəlb olunacaq
6.12.2017

2018-ci ildən Moldovada yeni vergi tətəbiq edilməsi nəzərdə tutulur. 2018-ci ildən it saxlayan Kişinyov sakinləri ildə 120 Moldova leyi (təqribən 7 dollar) məbləğində vergi ödəyəcəklər.

Məlumata görə, bələdiyyə müşavirləri müvafiq qərarın lehinə birinci oxunuşda səs veriblər.

Vergidən yığılan vəsaitin sahibsiz heyvanların saxlanması mərkəzlərinə yönləndiriləcəyi bildirilir.

trend.az