"Bakcell" şirkətinin "Bakcell City" adlanan yeni diler mağazası açılıb
14.12.2012

Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq öz diler şəbəkəsini genişləndirməkdə davam edir. "Bakcell" şirkətinin yeni dileri "Bakcell City" öz müştərilərini salamlayır.

Bakcell-in Əhmədli Xidmət Mərkəzinin birinci mərtəbəsində yerləşən bu dükan, Cin, Klass və Gold abonentləri üçün tam çeşiddə məhsul və xidmətləri təklif etməkdədir.

Alıcılar üçün geniş çeşiddə ən son model telefonlar, GPS navigatorlar, kompyuterlər, netbuk və aksesuarlar təklif olunur. Mağazanın açılışına həsr olunmuş xüsusi kampaniya çərçivəsində kompyuter əldə edən hər alıcıya Bakcell-dən xüsusi hədiyyə təqdim olunacaq. Bundan əlavə, yuxarıda göstərilən bütün məhsullar faizsiz kreditlə əldə edilə bilər.

Diler həmçinin mağazaya gəlmək üçün vaxt tapa bilməyən müştərilərə onlayn satış imkanını təklif edir. Müştərilərə onlayn alış-veriş imkanını yaradan ilk dilerin www.bakcellcity.com internet səhifəsində, mağazada təklif olunan məhsulların tam çeşidi təqdim edilir.

Bu gözəl fürsəti Siz də qaçırmayın! Bakcell-in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər

trend.az