Azərbaycan dolması YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib
6.12.2017

Azərbaycan mətbəxinin nümunəsi olan dolmanın hazırlanma qaydası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin reprezentativ siyahısına daxil edilib.
Bu barədə qərar dekabrın 4-dən 9-dək Cənubi Koreyanın Çedjudo adasında keçirilən təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul olunub.
Xatırladaq ki, Hökumətlərarası Komitə qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya çərçivəsində yaradılıb.

report.az