“CinemaPlus” yeni “Hədiyyə kartları” təqdim edib
6.12.2017

“CinemaPlus” kinoteatrlar şəbəkəsi yeni məhsulunu - “Hədiyyə kartları”nı təqdim edib.
Kartlar real pulları əvəz etməklə yanaşı, kino qəhrəmanları əks olunan xüsusi dizayn əsasında hazırlanıb. Hədiyyə kartının sahibi özü, kartın üzərində qeyd olunan məbləğdə filmi, zalı və seansın vaxtını seçə bilər. Kartların nominalları 50, 100 və 250 manat dəyərindədir.
Bundan başqa, fərdi kart da əldə etmək olar. Bu kart, müştərinin sifarişi əsasında hazırlana bilər. Yəni, sifarişçi kartın dizaynını, yazısını və rəngini özü seçə bilər.
Kartdan məbləği istifadə etdikcə azalır. Həmin məbləği bir dəfəyə olduğu kimi, bir neçə dəfə kinoteatra gəlməklə də istifadə etmək olar. Bir alışı bir neçə kartın qalıq vəsaitləri ilə ödəniş etmək olmaz. Kartda olan vəsaitlər pula dəyişdirilə bilməz.
Kart “CinemaPlus” kinoteatrlar şəbəkəsinin mülkiyyətidir və sıfır qalıqa çatdıqda kart sahibinin xahişi ilə kinoteatrın kassirləri tərəfindən artırıla bilər.
“Hədiyyə kartı” “CinemaPlus” kinoteatrlar şəbəkəsinin kassalarından əldə etmək mümkündür, itirildiyi və ya zədələndiyi zaman bərpa olunmur.

report.az