“Unibank” ASC “Yeni il - 2018” adlı tirajlı stimullaşdırıcı lotereya keçirir. Belə ki, yanvarın 15-dək “Unibank”dan kredit alan və ya Bankın kartları ilə alış-veriş edən, müxtəlif ödənişlər edən müştərilər 10 min manatdan çox uduş fondlu lotereyanın 95 qalibindən biri ola bilərlər.
Bu barədə Banka istinadən xəbər verilir.
İki qalib lotereyanın ən yüksək mükafatına - 2 018 manat məbləğində pul uduşuna sahib olacaq. Bundan başqa, 1 qalib 500 manat, 22 nəfər hər biri 100 manat, 70 nəfər hər biri 50 manat əldə edəcək.
Lotereya müddətində “Unibank”dan nağd kredit və ya “Albalı Plus” kredit kartı alan, bankın debet, kredit və maaş kartları ilə nağdsız ödəniş edən, “Unibank Mobil” əlavəsində kommunal, mobil, stasionar, internet/TV xidmət ödənişi edən müştərilər lotereya iştiralkçısı ola bilərlər. Kartlar ilə edilən nağdsız ödənişlərin hər 10 manatı müştəriyə lotereyada 1 iştirak şansı qazandırır. Kartlar üzrə lotereyada iştirak etmək üçün 15 yanvaradək unibank.az saytında (https://onlineservices.unibank.az/LottoRegister/) qeydiyyatdan keçmək lazımdır.
İki hissədən ibarət tiraj yanvarın 23-də "Unibank"ın baş ofisində keçiriləcək. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında aparılacaq.
report.az