İrəvan Teatrının bölgələrə qastrol səfəri davam edir
6.12.2017

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşası ilə bölgələrdə çıxışını davam etdirir.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində reallaşan tamaşa Samux və Goranboy rayonlarında nümayiş olunub.

Səhnə əsəri böyük maraqla qarşılanıb.

Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.

azertag.az