"Nar" şəbəkəsinin Azərbaycan üzrə baza stansiyalarının ümumi sayı 6 500-ə çatdırılıb. Hazırda şirkətin şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir.
Bu barədə "Nar"ın yeni təyin edilmiş baş icraçı direktoru Qunnar Panke məlumat verib.
Onun sözlərinə görə, mövcud baza stansiyalarının 2 500-dən çoxu 3G, təxminən, 1 000-i isə 4G tiplidir: "Bu il ümumilikdə 300 yeni 3G baza stansiyası, 400-dən çox isə yeni 4G (LTE) baza stansiyası quraşdırmışıq".
"Nar" rəsmisi həmçinin bildirib ki, son 1 ildə şirkətin data xidmətlərindən istifadə 58% artıb: "Mobil telefonlar vasitəsi ilə mobil datadan istifadə isə 8 petabayta çatıb".
report.az