Qoç - Səhər duranda ətrafınızda nə baş verdiyinizi anlaşdıra bilməyəcəksiniz. Bir çox hadisələrin mahiyyətinə varmaq, gizli məna tapmaq istəyirsiniz, hər şeyi çətinləşdirirsiniz. Amma bunlar sizin işinizə mane olmur. Günün ikinci yarısı bütün suallarınızın cavabını bilən bir adamla rastlaşacaqsınız. Axşam çox möhtəşəm olacaq. Həm dostlarla, həm də romantik görüş əla keçəcək. İmprovizasiyadan çəkinməyin.
Buğa - Sizin ləyaqətli hərəkətləriniz diqqətdən kənarda qalmayacaq. Həmkarlarınızın, rəhbərliyin hörmətini qazanacaq, nüfuzunuzu möhkəmlədəcəksiniz. Sizin peşəkarlığınıza kimsənin şübhəsi yoxdur. Nüfuzlu və təcrübəli adamlar sizə məsləhət üçün müraciət edəcəklər. Sizi xoş sürprizlər gözləyir. Aşiq Buğalar, xüsusilə ilk dəfə görüşə gedənlər xeyli sevinəcəklər.
Əkizlər - Vaxtilə birgə layihədə çalışmaq istədiyiniz adamları axtarıb tapın. Bütün işlər sizin şəxsi iştirakınızı tələb edəcək, odur ki, bütün köməkçilərinizin işini yoxlayın, tapşırıqlarınızı necə yerinə yetirdiklərinə nəzarət edin. Gözlənilməz təklif və dəvətlər alacaq, planlarınızı sürətlə dəyişəcək, maraqlı və cəsarət tələb edən eksperimentlər aparacaqsınız.
Xərçəng - Elə bilirsiniz, siz olmasanız, Yer kürəsi fırlanmayacaq? Bir dayanın, nəfəs alın, bu qədər işləmək olar? Yaxşı, əgər istirahət etmək istəmirsinizsə, onda bütün işləri təklikdə görün, yoxsa fikrinizi yayındıracaqlar və çoxlu səhv edəcəksiniz. Diqqət mərkəzindəsiniz. Qarşı cinsin nümayəndələrini valeh edirsiniz. Romantik tanışlıq üçün ideal gündür.
Şir - Çox məhsuldar gündür, amma yorucudur. İrəliyə doğru hərəkət etmək istəyirsinizsə, tələsməyin, sakit olun, həmçinin əvvəlki işinizi yarımçıq qoymayın. İstənilən ziyafətdə özünüzü rahat hiss edəcəksiniz. Kiminləsə tanış olmaq sizə problem deyil. Bu gün başlanan əhəmiyyət vermədiyiniz bir münasibət gələcəkdə ciddiləşə bilər.
Qız - Sakit, maraqlı, xoş gün olacaq. Özünüzü çətinə salmayın, adi qaydada işləyin, gərginlik axtarmayın. Vacib işlərinizi günün birinci yarısı bitirməyə çalışın. Axşam sizə gözəl bir görüş vəd edir. Maraqlı həmsöhbətlə ünsiyyət əhvalınızı xeyli yaxşılaşdıracaq. Romantik tanışlığa ümid etməyin, yaxşısı budur, diqqətinizi dost münasibətlərinə cəmləyəsiniz.
Tərəzi - Vaxtınızı səmərəli keçirəcək, təşkilati işləri uğurla həll edəcək, tanışlarınız arasında yaranan xırda anlaşılmazlığı yoluna qoyacaqsınız. Çoxlu pul tələb edən, amma çox yaxşı ideyalarınız olacaq. Qəti qərar qəbul etməzdən öncə yaxınlarınızla məsləhətləşin. Qəfil qonağınız gələ bilər. Bu gün əhvalınız yaxşı olduğuna görə həm özünüz, həm də qonaqlarınız sizdən razı qalacaqlar.
Əqrəb - Gün xoş hadisələr və əyləncələrlə doludur. Xeyli maraqlı təkliflər gələcək, çəkinmədən qəbul etmək olar. Məhsuldar işbirliyi qura biləcəyiniz insanlarla tanış olacaqsınız. Uşaqların uğurları sevindirəcək. Daha cavan birisilə eşq macərası gözlənilir. Həyat təcrübəsi yaşlı Əqrəblərə özlərini cavan hiss edərək gələcəyə ümidlə baxmağa mane olmayacaq.
Oxatan - Özünüzün bütün yaxşı keyfiyyətlərinizi nümayiş etdirməyə imkanınız olacaq. Peşəkar mövqeyinizi möhkəmlədəcəksiniz. Təşəbbüskar olun. Cəsur planlar irəli sürün, amma onların yerinə yetirilməsinə tələsməyin, uyğun vaxtı gözləyin. Şəxsi həyatınızda dəyişiklik arzusundasınız, amma məsləhət deyil. Xüsusilə bu, evli Oxatanlara aiddir. Subaylar üçünsə yol açıqdır.
Oğlaq - İndi ən ağıllı iş əvvəlcədən təyin etdiyiniz plan üzrə hərəkət etməkdir. Kimsəyə sizi yolunuzdan çəkindirməyə imkan verməyin. İş yerinizi və peşənizi dəyişmək üçün də çox uğurlu gündür. Yeni iş yerində özünüzü yaxşı tərəfdən göstərməyə tez nail olacaqsınız. Şəxsi həyatınızda sakitlikdir, arada xoş çalarlar da yaranır. Yalqız Oğlaqlar üçün bu gün yeni həyat başlayır, ağrılı keçmişi unudun.
Dolça - Gün sizdən cəsarət tələb edəcək. Sizsə etiraz etməyəcəksiniz. Məqsədinizə çatmaq üçün indi hər şeyə hazırsınız. Maraqlıdır ki, işiniz nə qədər artırsa, enerjiniz də o qədər çoxalır. Rəqiblərinizin sizi nəinki ötməyə, heç sizə çatmağa belə, şansları yoxdur. Bir çox şəxsi probleminiz öz-özünə həll olunacaq. Əgər bu gün arxanızca bütün körpüləri yandırmaq istəyi yaransa, heç durmayın, deməli, elə belə də lazımdır.
Balıqlar - İstənilən şəraiti öz xeyrinizə çevirə biləcəksiniz. Danışıqlarda uğur sizindir, hətta ən inadcıl skeptikləri haqlı olduğunuza inandıracaqsınız. Yaxınlarınızla münasibətlərinizin necə olacağına bu gün ancaq siz qərar verirsiniz. Əgər sizin qanınız qaradırsa, onlar da əsəbi və adamayovuşmaz olacaqlar, gülsəniz - güləcəklər. Keçmiş bağlılığınız sevgiyə çevrilə bilər, amma diqqətli olun, yeni romantik münasibətlərə hazırsınızmı?