Dünya Avtomobil İdman Şurası "Formula-1"in 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib.
Mövsüm 21 mərhələdən ibarət olacaq.
İlk yarış martın 25-də, son yarış isə 25 noyabrda keçiriləcək. Azərbaycan Qran-prisi aprelin 29-a təsadüf edəcək. İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.
Formula-1. 2018-ci il mövsümü üçün təqvim
25 mart —Avstraliya Qran-prisi
8 aprel — Bəhreyn Qran-prisi
15 aprel — Çin Qran-prisi
29 aprel — Azərbaycan Qran-prisi
13 may — İspaniya Qran-prisi
27 may — Monako Qran-prisi
10 iyun — Kanada Qran-prisi
24 iyun — Fransa Qran-prisi
1 iyul — Avstriya Qran-prisi
8 iyul — Böyük Britaniya Qran-prisi
22 iyul — Almaniya Qran-prisi
29 iyul — Macarıstan Qran-prisi
26 avqust — Belçika Qran-prisi
2 sentyabr — İtaliya Qran-prisi
16 sentyabr — Sinqapur Qran-prisi
30 sentyabr — Rusiya Qran-prisi
7 oktyabr — Yaponiya Qran-prisi
21 oktyabr — ABŞ Qran-prisi
28 oktyabr — Meksika Qran-prisi
11 noyabr — Braziliya Qran-prisi
25 noyabr — Abu-Dabi Qran-prisi
report.az