Azərbaycanda transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır
7.12.2017

Hazırda Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasında xəstəliyin səviyyəsindən asılı olaraq, transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır.

Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülüb.

Donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.

M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, onlarda orta yaşlılar üstünlük təşkil edir.

M.Kazımi əlavə edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir:

trend.az