Ştrix-kodun ixtiraçısı öldü
14.12.2012

Ştrix-kodun ixtiraçılarından biri Norman Vudland dünyasını dəyişib.

Vudland Amerikanın Nyu-Cersi ştatının Ecuoter şəhərində keçinib.

Mərhumun qızı Syuzan Vudlandın sözlərinə görə, atası son illər Altsqeymer xəstəliyindən əziyyət çəkirmiş.

Norman Vudland öz ixtirasını 1952-ci ildə həmkarı Bernard Silverlə birgə patentləşdirib.

Hər il dünyada 5 milyard məhsul ştrix-kod vasitəsilə skan olunur.

Gün.Az