“Unibank” ASC 25 illik yubileyi münasibəti ilə biznes sahiblərinə xüsusi endirim və hədiyyə paketi təqdim edir.
Sahibkarlar bu ayın sonuna qədər bir sıra məhsul və xidmətlərdə 25%-lik endirim əldə edəcəklər.
Söhbət “Unibank”da hesab açılmasından, əmək haqqı və biznes kartlarının alınmasından gedir. İş adamları həftə ərzində saat 09:00-dan 17:00-a qədər Bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallarına və “Unibank - biznes mərkəzi”nə, eləcə də bölgə filiallarına müraciət edə bilərlər.
“Unibank”ın korporativ müştəriləri banka gəlmədən belə onun məhsul və xidmətlərindən faydalana bilərlər. Bunun üçün “Unibank” mükəmməl rəqəmsal bankçılıq xidmətləri – “Unibank Mobile Business” (http://onelink.to/um-business) , “Internet Banking” və “Telegram Bot” müştərilərinin istifadəsinə verilib. Sahibkarlar harada olmalarından asılı olmayaraq 24/7 rejimində bizneslərini idarə edə, bank hesablarına sərəncam verə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın rəsmi internet səhifəsindən (http://www.unibank.az/az/corporate-clients/ linkindən) əldə etmək olar.
report.az