“BlackBerry” messencerində səsli zənglər etmək mümkün olacaq
14.12.2012

“Research in Motion” şirkəti “BlackBerry” smartfonları üçün yeni messencer versiyası təqdim edib.

Messencerə əlavə edilən yeni funksiya səsli zənglərdən istifadənin mümkün olmasıdır.

Zənglər pulsuzdur. Wi-Fi şəbəkəsinə qoşulma həyata keçirdikdən sonra bu funksiyadan istifadə etmək olar. Yeni funksiya “BBM Voice Call” adlandırılıb.

Bundan əlavə messencerə 16 yeni “smayl” əlavə olunub.

“BlackBerry Messenger 7”-ni “BlackBerry App World” əlavələr maqazinindən yükləmək olar.

Gün.Az