“Veçernıy Urqant”da Rəşid Behbudovun mahnısı səsləndirilib - Video
17.12.2012

ORT telekanalında İvan Urqantın aparıcılığı ilə nümayiş olunan “Veçernıy Urqant” verilişində Azərbaycanın ölməz sənətçisi Rəşid Behbudovun “Tolko u lyubimoy” adlı mahnısı oxunub.

Mahnını məşhur “Qolos” adlı şounun keçmiş iştirakçılarından olan müğənni Severa Nazarxan oxuyub.


Andrey Babayev tərəfindən yazılan, Rəşid Behbudov tərəfindən ifa olunan mahnını özbək müğənnisi yeni aranjimanda təqdim edib.

Qeyd edək ki, veriliş boyu “Tolko u lyubimoy” mahnısının ilk ifaçısının Azərbaycan müğənnisi Rəşid Behbudov olduğu qeyd edilməyib.
Video

gun.az