Nazirlər Kabineti 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə bağlı qərar qəbul edib
8.12.2017

Nazirlər Kabineti 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

report.az