Piter Ceksonun “Hobbit” trilogiyasının birinci hissəsi təqdimatdan sonra ilk həftələrdə Şimali Amerika prokatlarında birinci yeri tutub.
“BoxOfficeMojo” saytının məlumatına görə, 15 və 16 dekabr tarixlərində film ABŞ və Kanadada 84,8 milyon dollar gəlir gətirib.
Beləliklə filmin qazancı təqribən 223 mln. dollara çatıb.
“Hobbit: qəfil səyahət”in dünya üzrə təqdimatı dekabrın 14-də baş tutub. “Hobbit” ilk həftələrdə prokata çıxan filmlər arasında gətirdiyi gəlirin həcminə görə rekord vurub. Əvvəlki rekord isə 2007-ci ildə “Mən əfsanəyəm” filmi vurmuşdu. O ilk həftələrdə 77,3 milyon dollar qazandırmışdı.
Gün.Az