Günün qoroskopu
17.12.2012

Qoç - ciddi işlər və mühüm görüşlər üçün qətiyyən əlverişli olmayan mürəkkəb gündür. Sinirli, hirsli, emosional olmayın. Ətrafınızdakı insanlar hərəkətlərinizdən qıcıqlanmasınlar.

Həyat enrjiniz çoxdur, ondan sərfəli şəkildə yararlanın.
Sizdən yardım və dəstək istəyən insanlara kömək edin.

İşdə və ailədə münaqişələr yarana bilər. İşdəki problemləri tezliklə həll edə bilərsiniz. Ailədə isə güzəştə getməsəniz, problem xroniki hal alacaq.

Buğa - bu gün həyat potensialı aşağı olacaq. Yorulduğunuzu, əldən düşdüyünüzü hiss edəcəksiniz. Sizi maraqlandıracaq, var gücünüzlə çalışa biləcəyiniz iş və ya tapşırıq yoxdur.
Diqqətiniz yayılmasın, tapşırığı yerinə yetirərkən nəyisə təxirə salmağı və ya sabah davam etdirməyi dşünməyin.

Dostlar və qohumların yardımlarına ehtiyac duya bilərsiniz.
Onlar problemlərinizin bir qismini həll edə bilərlər.
İfrata varmaq çox təhlükəlidir.

Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Ağrılar istisna deyil.

Əkizlər - birmənalı olmayan, çətin, ağır gün olacaq. Yeni, məkrli və hiyləgər düşmənləriniz peyda olacaq. Onlara ədalətli və vicdanlı mübarizədə qalib gəlmək praktiki olaraq mümkün deyil. Ona görə də fəndgir, hiyləgər olun.

Əgər sizin əvəzinizə ağır işi görəcək adamlar tapa bilsəniz, intriqalarınız uğurla başa çatacaq.
Yeni romantik münasibətin başlanması ehtimalı az deyil. Lakin bilin: bu münasibət uzunmüddətli, ciddi olmayacaq.

Emosiyalarınızın gücünə boyun əyərək sizə xas olmayan hərəkətlər etməyin.

Xərçəng - bu gün bütün işləri bir kənara qoyaraq dincəlmək, istirahət etmək istəyəcəksiniz. Ambisiyalarınız, işdə irəliləməklə bağlı planlarınız yoxdursa, istirahət edin, dincəlin.

İşgüzar və fəal olsanız, məqsədinizə çata bilərsiniz. Başqalarından geri qalmayın.
İşgüzar və şəxsi görüşlər üçün əlverişli gündür. Sizin üçün önəmli olan, amma son vaxtlar gözə dəyməyən insanları xatırlayın, onları yada salın.

Şir - bu gün çoxsaylı imkanlar yaranacaq, onlardan yararlanmağa tələsin. İşlər çox olacaq. Həmin işlərin öhdəsindən gəlmək üçün yetərincə enerji və həyat qüvvəniz var. Günün sonuna yaxın yorğunluq hiss etməmək üçün özünüzü gücə salmayın.

Kommersiya fəaliyyəti, anlaşmalar və danışıqlar üçün münasib gündür.

Əvvəlki günlərlə müqayisədə daha ciddi olun. Belə olarsa, şəxsi və ailə problemlərini həll edə bilərsiniz. Mühafizəkarlar və konformistlər bu gün sizə rəğbət bəsləyəcəklər. Ekstravaqant insanlardan isə uzaq durun.

Qız - bu gün qarşınıza qoyduğunuz məqsədlərə çatmaqla yanaşı, müəyyən sürprizlərlə də qarşılaşa bilərsiniz. Nüfuzlu şəxs sizi dəstəkləyə bilər.

Möhkəm işgüzar əlaqə yarana bilər. Yaxın vaxtlarda gəlir gətirə biləcək yeni əməkdaşlığın başlanması istisna deyil.

İstənilən danışıqların aparılması, mühüm məsələlərin həlli üçün əlverişli gündür. Mühüm sənədlərin alınması mümkündür.

Məhkəmə, hüquq problemlərinin həlli, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə təmaslardan çəkinməyin.

Tərəzi - neqativ emosiyaların qurbanı olmayın, onların məntiqinizi üstələməsinə imkan verməyin. Əks təqdirdə bütün işləriniz çox pis nəticələrlə başa çatacaq.
Soyuqqanlı davranmaq işdə və ailə həyatında ən mühüm tələbdir.

Bundan başqa, təcrübəli və bilikli insanların məsləhətlərinə qulaq asın.
Təkbaşına doğru qərar vermək çətindir.

Mürəkkəb işləri təxirə salın. Belə işlər sizi tez yoracaq. Yorğunluq isə bu gün səhhətinizdə ciddi fəsadlar yarada bilər. Gün gələcəklə bağlı planların müzakirəsi və hazırlanması üçün əlverişlidir.

Əqrəb - bu gün doğru qərar qəbul edin, yanlış addım atmayın. Məntiqli və emosiyasız hərəkətlərə üstünlük versəniz, ciddi uğur əldə edə bilərsiniz. Yalnız öz gücünüzə, qüvvə və imkanlarınıza bel bağlayın.

Çətinliklərin öhdəsindən gələndən sonra yardımçı olmaq istəyənlər və həmfikir olduqlarını deyənlər sizə qatılacaqlar.
Köhnə əlaqələrin bərpası, münasibətlərin normallaşması üçün yaxşı gündür. Sizə mühüm əlaqələri qırılmağa qoymayın.

Gözlənilməz təklif və ya dəvət alına bilər. Dəvət olunan yerə yollanın, peşman olmazsınız.

Oxatan - gün çox narahat keçəcək və təmkininizi qorumaq çətin olacaq. Yaranmış situasiya birmənalı deyil. Yaşanan hadisələri və baş verənləri yalnız qara çalarda görsəniz, ciddi səhvə yol verərsiniz. Haradadır həmişəki nikbinliyiniz?! Nikbin olun və hər şey qaydaya düşəcək.

Həyatınızı dəyişə biləcək görüş baş tuta bilər.
Ailə üzvləri və yaxınlarınızla bağlı yaxşı təkliflər alacaqsınız.

Problemlərdən çəkinməyin. Qəhrəman yaxşı zərbə vuran yox, yaxşı zərbə alandan sonra yenidən ayağa durmağı bacarandır.

Oğlaq - bu günü asan və ya sadə adlandırmaq çətin olsa da, yaranan problemlərin öhdəsindən gəlməyə çalışın. Ətrafınızdakı insanlarla münasibətlərin mürəkkəbliyinə rəğmən, sizin üçün mühüm insanla dil tapmağa çalışın.
Fikir ayrılıqları və qarşıdurmaları dəf edərək problemin hamını təmin edəcək həll yolunu tapın.
Günün ikinci yarısını ailə üzvləri və yaşlı qohumların qayğısının çəkilməsinə həsr edin.

Alış-veriş uğurlu ola bilər. Sevdiyiniz adama və ailə üzvlərinizə hədiyyələr ala bilərsiniz.

Dolça - bu gün asan olmayacaq. Ətrafınızdakı insanlar sizdən nikbinlik, səmimilik, gülərüzlü davranış gözləyirlər. Siz isə qarşınıza çıxan hər şeyi dağıtmaq və alt-üst etmək istəyirsiniz. Sakitləşmək, xüsusilə də günün ilk yarısında emosiyaları cilovlamaq asan olmayacaq.

Bədxahlarınızdan birinə ağır zərbə vurandan və ya onu üstələyəndən sonra sakitləşəcəksiniz.
Qısamüddətli səfərlər və ya ezamiyyət üçün əlverişli günür.

Uzaqdan gəlmiş dost və ya tanışla görüş mümkündür.

Balıqlar - gün yaxşı alınacaq. Enerjilisiniz, qurub yaratmaq istəyirsiniz, uğur qazanmağa can atırsınız. Bunun üçün əvvəl başladığınız işləri məntiqi sonluqla başa vurmaq gərəkdir.

İnsanlar sizə can atırlar. Çalışmaq istədiyiniz və ya hansısa işi bitirmək fikrində olduğunuz insanı diqqətlə seçin, sayıq olun.

Əldə etdiyiniz bütün məlumatlara və informasiyalar inanmayın. Kiminsə sizi yanıltmaq, aldatmaq, yolunuzdan sapdırmağa çalışdığı istisna deyil.
Alış-veriş, bahalı əşya almaq üçün əlverişli gündür.

Romantik görüş imkanı varsa, fürsəti əldən verməyin. Bu görüşü uzun müddət unuda bilməyəcəksiniz.

Milli.Az