Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə marşrutu ilə uçuşların sayının artırılması üçün icazə alıb.
Bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verilir.
Aviaşirkət reyslərin sayını həftədə 5-dən 7-dək artıracaq.
Eyni zamanda, analoji müraciət edən “Uralskie avialinii” aviaşirkətinin təklifi qəbul edilməyib.
Qeyd edək ki, “Utair” aviaşirkəti 2016-cı ilin martından Moskva-Gəncə reyslərini həyata keçirir.
trend