"Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb.
Bu barədə Amerika şirkətinin bəyanatına istinadən "The Verge" nəşri məlumat yayıb.
"Biz "Shazam" və onun istedadlı komandasının "Apple"yə qoşulmasından çox həyəcanlıyıq", - deyə "Apple"nin nümayəndəsi bildirib.
Sazişin bağlanmasını "Shazam" şirkəti də təsdiq edib.
Bu barədə xəbəri ilk olaraq "TechCrunch" portalı yayıb. Onun məlumatına görə, sövdələşmənin qiyməti 300 milyon funt sterlinq (401 mln. dollar) təşkil edir.
"Shazam" musiqinin tanınması üçün istifadə olunan pulsuz proqramdır. "Mac OS", "Windows", "iOS" və "Android"in istifadəsi üçün əlçatandır.
report.az