Sən demə hər fəsildə süfrələrdən əksik olmayan, min bir dərdə dərman olan meyvə və tərəvəzlər insan orqanlarına bənzəyir. Həm də hansı meyvə, tərəvəz hansı orqana bənzəsə, ona daha çox fayda verir.
Kivi
Dilimlənmiş kivi göz bəbəyinə bənzəyir. Kivi E və C vitamini, lutein ilə zəngindir. Lutein yaşlı insanlarda ortaya çıxan göz problemlərinin həllində önəmli yer tutur.
Pomidor
Ortadan kəsilmiş pomidor ürəyi xatırladır. Bu tərəvəzin tərkibi ürək xəstəliklərinin qarşısını alam maddə ilə boldur.
Nar
Narın dənələri qan hüceyrələrinə bənzəyir. Nar həm də ürək sağlamlığı üçün önəmli antioksidandır.
Üzüm
Salxım şəklində olan üzüm də ürək formasını xatırladır. Üzüm qan artıran meyvədir və ürəyi qoruyur.
Qoz
Qoz beyinə oxşar formaya malikdir. Onun tərkibində yüksək miqdarda "omega-3", vitamin və minerallar var. Onlar beyinə funksiyaları daha yaxşı yerinə yetirməyə kömək edir.
Badımcan, avakado, armud
Adıçəkilən meyvə-tərəvəzlər iki hissəyə bölünəndə ana bətnindəki dölü xatırladır. Normal qəbul edilən qidalar orqanizmi hormonal tənzimləyir və uşaqlıq xərçənginin yaranma riskini azaldır.
Zeytun
Qadının yumurtalıqlarına oxşayır. Bu məhsul yumurtalıqların sağlamlığı və fünksiyalarının normal yerinə yetirməsində mühüm rol oynayır.
Big.az