“Yaxın 2-3 gündə Azərbaycanda ərazisində hava şəraiti sabit keçəcək”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləkləri üstünlük təşkil edəcək”.
report.az