Tanınmış azərbaycanlı aparıcı əkiz anası oldu
17.12.2012

Tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova ana olub.

O, 12.12.2012 tarixində xəstəxanaların birində əkiz övlad dünyaya gətirib. Yeni doğulan körpələrinin biri qız, digəri oğlan olan Hüsniyyə analıq hissinin çox gözəl olduğunu bildirib.

"Təbrik üçün o qədər zənglər gəlir ki. Mən çox xoşbəxtəm. Körpələr özlərini yaxşı hiss edirlər. Hələ düşünürük ki, onları necə adlandıraq. Təbrikə görə hər kəsə təşəkkür edirəm", - o qeyd edib.

Qeyd edək ki, hazırda İTV-də çalışan teleaparıcı “Eurovision seçim turu”nda da aparıcılıq edib.

Milli.Az