Yaponiyanın aparıcı Nippon televiziyasının dünya ölkələrinin mədəniyyət və turizm imkanlarından bəhs edən məşhur “Let’s challenge the world” proqramının çəkiliş qrupu Azərbaycanda olub.
Trend-in məlumatına görə, verilişdə ölkəmizin turizm imkanları, paytaxt Bakının görməli yerləri, Qobustan, palçıq vulkanı, Yanardağ, Neftçala nefti ilə müalicə üsulları, xalqımızın qonaqpərvərliyi, Azərbaycan Dövlət Dillər İnstitutunda yapon dilinin tədrisi, Azərbaycan mətbəxi və dolmanın hazırlanması barədə maraqlı süjetlər yer alıb.
Veriliş əsnasında Azərbaycan və Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğu, rəsmi qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd olunub.
Qeyd edək ki, Nippon televiziyasının 30 milyondan artıq tamaşaçı auditoriyası var.
Verilişin tam videosu: http://video.9tsu.com/videos/view?vid=115827
trend