Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və “imza günü” keçiriləcək.
Yazıçı bildirib ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba “Ön söz”ü Xalq Yazıçısı Anar, “Son söz”ü isə akademik Nizami Cəfərov yazıb.
Tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.
Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı gözlənilir.
azertag.az