Bu da oldu: Eurovision-a 94 yaşlı ifaçı gedir
17.12.2012

İsveçrədə Eurovision-2013 mahnı müsabiqəsinə göndəriləcək qrup artıq seçilib.

"Salvation Army" qrupu müsabiqədə ölkəni "You and me" mahnısı ilə təmsil edəcək.
Maraqlı olan qrup və ya mahnı yox, bu qrupun üzvlərindən biridir. Kontrabasçı Emil Ramzauerin 94 yaşı var.

O, Eurovision mahnı müsabiqəsində Rusiyanın "Buranovskie babuşki" qrupunun rekordunu yeniləyə bilər. Çünki "nənələr"in ən yaşlısının 76 yaşı vardı.

"Salvation Army" qrupundakı 3 kişi və 2 qadın 20-94 yaş arasındadır.

58-ci Eurovision mahnı müsabiqəsinin yarımfinalı gələn il mayın 14-16-da İsveçin Malmö şəhərində keçiriləcək.
Final isə elə həmin şəhərdə mayın 18-də olacaq.

Milli.Az