Gənc nəsil ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir.
Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Türkiyənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən FONO qurumunun baş təhsil məsləhətçisi Nəzərbəy Hacıağayev söyləyib.
N.Hacıağayev bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərən, ölkəmizin, xalqımızın gələcəyini düşünən dahi şəxsiyyət olub. O, Ümummilli Liderin gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayaraq deyib: “Dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam, yüksək bilikli, bu dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə çalışırdı. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənc nəsil dahi şəxsiyyətin irsini daha dərindən öyrənmək ruhunda tərbiyə olunmalıdır”.
azertag.az