Azərbaycan Hindistanda keçiriləcək caz festivalında təmsil olunacaq
24.10.2011

Noyabrın 18-dən 21-dək Hindistanda “Kolkata World Music Festival”ı keçiriləcək. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar artist, tanınmış cazmen Rain Sultanovun rəhbərlik etdiyi trio da iştirak edəcək.
Qeyd edək ki, hər il bu festivala bir sıra ölkələrin musiqiçiləri qatılır.