31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya start verib.
Bu barədə bankdan məlumat verilib.
13 dekabr tarixindən 29 dekabr tarixinə qədər davam edəcək kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı və pensiya kartına sahib hər bir müştəri 12 aylıq nağd pul kreditini bankdan cəmi 20,18% illik faiz dərəcəsi ilə ala bilər. Bundan əlavə, kampaniya zamanı müştərilər Bankın təklif etdiyi 24 və 36 aylıq kreditlərin illik faiz dərəcəsində 3% endirim əldə edə bilərlər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 15.000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi –20,18%-dən başlayaraq
• Kredit 5000 manata qədər olduqda - zaminsiz
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və ya 8937 qısa nömrəsinə SMS göndərməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
trend