28 Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində real hadisələr əsasında çəkilmiş tarixi dram “Viktoriya və Abdul” filminin premyerasından 3 gün öncə nümayişi keçirilib.
Mükəmməl seçilmiş kostyumlar və qrim, səhnə dekorasiyası və aktyorluq bacarıqları, parlaq effektlər, musiqiçilərin və operatorların möhtəşəm işləri və dəqiq qurulmuş süjet xətti tamaşaçını sanki Böyük Britaniyada olduğunu hiss etdirir.
Filmin ssenarisi jurnalist Şrabanş Bosun “Viktoriya və Abdul: Kraliçanın yaxın ətrafının real tarixçəsi” kitabının motivləri əsasında Li Xoll tərəfindən yazılıb. Filmin rejissoru Stiven Frirz. Cudi Denç kifayət qədər güclü xasiyyətli gözəl kraliça Viktoriyanı oynayıb. Cavan hindli-müsəlman rolunu isə Əli Fazal oynayıb.
Viktoriya 18 yaşında taxta çıxmaqla Böyük Britaniyanın, İrlandiyanın daha sonra isə Hindistanın imperatriçəsinə çevrilir. Kraliçanın saysız-hesabsız çalışanları arasında Abdul Kərim adlı yaraşıqlı bir şəxs olur. O, gəldiyindən bəri kraliça yanında nüfuz qazanır. Onu çoxu qısqanır, hətta onunla bəhsə belə girirlər, kralıça ilə olan münasibəti haqqında isə nəinki İngiltərədə, hətta bütün dünyada belə danışılır.
report.az