“Accessbank” QSC biznesini böyütmək istəyən iş adamları, o cümlədən təsərrüfatını genişləndirmək istəyən fermerlər, yaxınlarına arzuladığı hədiyyələri almaq istəyən şəxslər üçün Yeni İl qabağı “Üçü var idi, üçü yox idi” adlı kredit kampaniyasına start verib.
Banka istinadən xəbər verilir ki, kampaniya çərçivəsində mikro, aqro və istehlak krediti götürən müştərilərə aylıq kredit ödənişlərində istənilən 3 ay güzəşt müddəti kimi veriləcək.
Belə ki, yanvarın 15-nə qədər ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti seçib, həmin aylar üzrə əsas borcun ödənişindən azad olunacaq və onu növbəti aylarda ödəyəcəklər. Bundan başqa, müştərilərə son 3 ayın faizləri hədiyyə ediləcək.
Borc məbləği mikro və aqro kreditlər üzrə 50 min manata qədər, nağd pul kreditləri üzrə isə 20 min manata qədərdir. Kredit azı 15 aylıq müddətə verilir.
report.az