Musiqiçi Ramal sözləri milət vəkili Qənirə Paşayevaya məxsus olan “Salam Olsun!” mahnısı yazıb.
Bu gün Həzrəti Mevlananın dünyadan cismani ayrılışı günüdür.
Qənirə Paşayeva bu əsəri Yunus Əmrə, Həzrəti Şəms, Həzrəti Mevlana və böyük evliyalardan təsirlənərək, onların böyük eşqlərinin təsiri ilə yazıb.
Milət vəkili bildirib ki, bu əsərin bəstələnməsindən əvvəl Ramalla saatlarla tasavvuf, sufizm üzərinə söhbətlərinin belə gözəl bir bəstə ilə nəticələnməsindən çox məmundur və Ramal bəyi xüsusi təbrik edir.
“Salam olsun” mahnısının sözlərində insanlığa bir çağırış var və bu gün ən çox insanlığın ehtiyacı olan düşüncələr öz əksini tapıb.
Əsərin və klipin yaxın günlərdə təqdimatı olacaq və televiziya ekranlarında nümayiş olunacaq.
Video
gun.az