KATV-nin bəzi xətləri zədələnib
18.12.2012

Paytaxtda aparılan tikinti işləri ilə əlaqədar KATV1 kabel televiziya operatoruna məxsus bəzi telekommunikasiya xətləri zədələnib.

Buna görə də mikrorayonlarda yayım zamanı dayanmalar baş verə bilər.

Kabel televiziyasından verilən məlumata görə, baş vermiş nazaslığın aradan qaldırılması üçün işlər aparılır.

“Hadisə yerində KATV 1 kabel operatorunun bərpa briqadaları işləyirlər. Tezliklə abunəçiləri keyfiyyətli yayımla təmin olunacaqlar. Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.


Gün.Az