Norm Ustalar Klubu Norm şirkətinin korporativ sosial məsuliyyət layihəsidir
14.12.2017

Norm Ustalar Klubunun təməli 11 dekabr 2016-cı il tarixində Norm Sementin inşaat sahəsində çalışan ustalar üçün Bakıda təşkil etdiyi görüşdə qoyulub.

Şirkətdən verilən məlumata görə, klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Norm Ustalar Klubu ölkəmizin bütün bölgələrindən olan ustaları öz çətiri altında birləşdirməklə, onların öz aralarında ünsiyyət qurmalarına, peşələrilə bağlı olan mövzularda fikir mübadiləsi aparmalarına şərait yaradır. Ustaların peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə Klub tərəfindən ildə 2 dəfə seminarlar təşkil olunur. Seminarlarda sement məhsulları və onların istifadə qaydaları ilə bağlı ətraflı məlumat verilir.

Norm Ustalar Klubu 6-19 oktyabr 2017-ci il tarixləri arasında növbəti silsilə görüşlərini təşkil edib. Görüşlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı rayonlarında və Bakı şəhərində baş tutub. Tədbirlərdə 800 nəfərdən çox usta iştirak edib.

trend.az