Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2017-ci ilin dekabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
Fonddan verilən məlumata görə, 2017-ci ilin 11 ayı ərzində AÇG yataqları üzrə Fond 5,780 mlrd. dollar gəlir əldə edib.
Məlumatda bildirilir ki, 2001-ci ildən 2017-ci ilin dekabrın 1-dək AÇG yataqlar bloku üzrə 127,889 mlrd. ABŞ dolları gəlir əldə olunub.
trend.az