Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı Gəncədə müəyyənləşib.
"Kəpəz" və "Keşlə" komandaları arasındakı 1/4 final mərhələsinin cavab görüşündə qapılara 5 qol vurulub.
İlk yarını qonaqlar 33-cü dəqiqədə Mirsahib Abbasovun vurduğu qolla öndə tamamlayıblar - 1:0.
İkinci hissədə komandalar hərəyə 2 dəfə fərqlənib. 48-ci dəqiqədə Şəhriyar Rəhimov hesabı bərabərləşdirib. 79-cu dəqiqədə isə Kamran Abdullazadə "Kəpəz"i önə çıxarıb. Lakin 81-ci dəqiqədə Pərdis Fərcad-Azad, 84-cü dəqiqədə isə Mirsahib Abbasov fərqlənərək "Keşlə"yə 3:2 hesablı səfər qələbəsi qazandırıblar. İlk görüşdə də paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəldiyi üçün iki görüşün yekununda mərhələ adlayıb.
Ramiz Məmmədovun baş məşqçi olduğu komandanın yarımfinaldakı rəqibi dekabrın 15-də "Sumqayıt" - "Qarabağ" matçından sonra müəyyənləşəcək. Bu klublar arasındakı ilk görüşdə Ağdam təmsilçisi qalib gəlib - 2:1.
report.az