“Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb
14.12.2017

“Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi çərçivəsində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu dekabrın 25-də istifadəyə veriləcək.

Bunu “İran Dəmir Yolları”nın beynəlxalq işlər üzrə idarəsinin baş direktoru Abbas Nəzəriyə istinadən “AzRusTrans” (“Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC-nin birgə müəssisəsi) şirkəti bildirib.

Məlumatda qeyd olunur ki, Azərbaycan və İran gömrük prosedurları və viza verilməsi ilə bağlı məsələləri, eləcə də İranın Astara şəhərində yük terminalından istifadə məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun Azərbaycan ərazisindəki uzunluğu 8 kilometr təşkil edir, daha iki kilometr sərhəddən İran Astarasınadək uzanır. Layihəyə həmçinin Astaraçay üzərindən keçən körpü daxildir.

trend.az