Qoç - günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.
Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq.
Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz.
Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin.
Sərt və aqressiv, davakar olmayın.
Buğa - istənilən sahədə birgə əməkdaşlıq üçün əlverişli gündür. Ciddi və perspektivli işə başlasanız, yardım alacaqsınız.
Özünüzə əminliyiniz artacaq. Yolunuzda çətinliklər yaransa da, onların öhdəsindən gələ biləcəyinizə şübhə etməyin.
Son vaxtlar münasibətlərinizin çox pis olduğu adamla rastlaşa bilərsiniz. Anlaşılmazlıqlara son qoymaq şansı var.
İctimai və ya siyasi fəaliyyətdəsinizsə, sizi uğur gözləyir.
Maliyyə işlərində ehtiyatlı olun. Kainatda sülh və ya bütün ədalətsizliklərə son qoyulması kimi xülyaların arxasınca düşməyin.
Əkizlər - əvvəl başlanmış işləri başa vurmaq olar. Yeni və ciddi, irimiqyaslı işə başlamağa dəyməz. Səhv, gecikmələr, başqalarının yarıtmaz fəaliyyəti ucbatından "axsamalar" ehtimalı böyük olduğundan işi vaxtında bitirmək çətin olacaq.
Yaxşı tanımadığınız insanlarla kəskin mübahisə və sərt anlaşılmazlıq yaşana bilər.
Qərarlarınız və addımlarınız yaxın ətrafınızdakı insanları təəccübləndirir, qıcıqlandırır. Onların heç də hamısı hisslərini pərdələməyə çalışmırlar.
Alış-verişdə sayıq olun. Nəzərdə tutulmamış xərclər ola bilər. Gərəkdiyindən artıq pul sərf etməyin. Bədxərclik etsəniz, pul üçün başqasına əl açmalı olacaqsınız.
Xərçəng - mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.
Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin.
Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür.
İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.
Şir - bu gün uğursuz olacaq. Xırdalıqlara görə sinirlənir, qıcıqlanırsınız, ətrafınızdakı insanlara çox yüksək tələbkarlıqla yanaşırsınız. Əks cinsin mənsubları ilə dil tapmaq daha çətindir.
Ciddi münaqişə, hətta münasibətlərin tam əksilməsi mümkündür.
Gözlənilməz hadisələrə hazır olun. Hadisələr siz istəyən məcrada inkişaf etməyəcək. Ailə üzvləri və qohumların məsləhətlərinə qulaq asın.
Bu, bəzi xoşagəlməz hallar və səhvlərdən qorunmağa yardım edər.
Xərcləri mümkün qədər azaltmaq məsləhətdir.
Pullar bu yaxınlarda ciddi və əhəmiyyətli işə gərək ola bilər.
Qız - bu gün çalışacağınız və ünsiyyətdə olacağınız insanlarla sərt danışmayın. Səmimi və mehriban olsanız, çətin problemin öhdəsindən gələ bilərsiniz.
Şirin dillə danışın, tənqiddən vaz keçin.
Şəxsi həyatınızda ciddi dönüş ehtimalı var.
Gün gəzinti, səfər, əvvəl başlanmış işlərin başa çatdırılması üçün əlverişlidir. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq, bədbinliyə son qoyacaq.
Axşam saatlarında yaxşıca istirahət edin.
Tərəzi - gun uğurlu alınacaq. Qarşılaşacağınız şəxslərdən biri həyatınızda pozitiv rol oynaya bilər. Dəvət aldığınız yerə gedin. Həmin yerdə yaxşıca əylənəcək, həzz alacaq, dincələcəksiniz.
İşdə yeni perspektivlər, ailədə münasibətlərin rəvan məcraya düşməsi ehtimalı mövcuddur. Dəyişikliklərdən qorxmayın. Yeniliklərin sizə xeyrini tam anlamasınız da, onlar müsbət ruhludur.
Əqrəb - bu gün ideyalarınız yaxşı, həttə əladır. Onların arasında ən perspektivlisini seçərək reallaşdırmağa başlayın. Günün ilk yarısı məhsuldar və nikbin ruhda olacaq.
İşdə indiyədək bacarmayacağınızı düşündüyünüz işin öhdəsindən gələcək, karyeranızda yeni mərhələyə səbəb ola biləcək addım atacaqsınız.
Yaradıcılıq potensialı yüksək olacaq. Addımlarınız yaxın ətrafınızdakı insanlara bəzən ekstravaqant təsir bağışlasa da, işinizə yoldaş və özünüzə həmfikir tapacaqsınız.
Müqavilə, anlaşma və ya sövdələşmə üçün uğurlu gündür.
Oxatan - öz işlərinizlə həddən ziyadə məşğul olub yaxın ətrafınızdakı insanları bilmərrə unutmayın, verdiyiniz vədləri yaddan çıxarmayın. Laqeyd və eqoist olsanız, yaxınlarınız bərk inciyə bilər.
Digər tərəfdən, məşğul olduğunuz işdə və ya fəaliyyət göstərdiyiniz sahədə məhz bu gün əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz.
Ən çətin işləri çözə biərsiniz. Hər hansı problemin həlli üçün nə qədər çox fikirləşsəniz, bir o qədər yaxşıdır.
Uşaqlar və ya qohumlarla vaxt keçirməli olsanız, səbrli olun. Onlarla dil tapmağa çalışın.
Oğlaq - bir qədər ehtiyatlı olun. Gün güclü, ciddi və ziddiyyətli emosiyalarla bağlıdır. Soyuqqanlı və məntiqi davranmağa səy göstərin. Tələsik qərarlar verməyin, sonradan peşman olacağınız iş görməyin.
Kiminsə sizə şər və böhtan atması istisna deyil.
Maliyyə problemləri iş yoldaşlarından biri ilə münasibətlərdə sərinlik yarana bilər.
Axşam saatlarında dostunuz sizi yada salacaq.
Gün boyu yaşanmış çətinlikləri unutmağa çalışın.
Dolça - ünsiyyət, təmaslar, görüşlər və danışıqlar üçün əlverişli gündür. Sizə birmənalı münasibət bəsləməyən adamlarla görüşə bilərsiniz.
Prinsipial baxımdan yeni işə başlaya bilərsiniz. Belədə sizi yeni perspektivlər gözləyəcək.
Əgər seçdiyiniz işlə bağlı tam məlumata sahib deyilsinizsə, gərəkli informasiyaları tezliklə əldə etməyə çalışın. Tənbəl və astagəl olmayın.
Uğuru gözləyənlər həmişə uğurlu insanlara həsəd aparırlar.
Dəqiqlik, punktuallıq və intizam tələb edən iş üçün uğurlu gündür. Başqalarının hesablamalarını yoxlamaq olar.
Əgər kiməsə tapşırıq vermək fikriniz varsa, işin yerinə yetirilməsinə diqqətlə nəzarət edin.
Usta işləyirsə, onun işini qəbul etməmiş pulu verməyin.
Balıqlar - rahat, sakit, düşərli bir gündür. Maraqlı tanışlıqlar, çoxdan darıxdığınız insanla görüş mümkündür. Uzaq qohumdan qəfil, amma mühüm məlumat alacaqsınız.
Xırda məsələləri və cılız detalları ürəyinizə salmayın, kefinizi pozmayın. Qəmlənməklə müqayisədə sevinmək üçün səbəb daha çoxdur.
Maliyyə imkanlarınızın az olsa da, artımı mümkündür. Kommersiya və ya biznes fəaliyyəti ilə məşğulsunuzsa, aktiv olun.
Elmi tədqiqatlarla məşğul olanlar kiçik maneələrə görə ruhdan düşməməlidirlər.
Milli.Az