"Beynəlxalq olimpiadaların qaliblərinin dövlət sifarişli ixtisaslara müsabiqədənkənar qəbul olunması barədə təkliflər hazırlanıb".
Bunu Azərbaycanın gənc alimlərinin I qurultayında təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, təklifləri Təhsil Nazirliyi hazırlayıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq: "Dövlət istedadlı gənclərin aşkarlanması üçün tədbirlər həyata keçirir. Hazırda məktəblərdə kiçik akademiyalar fəaliyyət göstərir. Bu akademiyalar şagirdləri məktəb illərində elmi tədqiqatlar aparmağa sövq edir".
C.Bayramov bildirib ki, 2013-cü illə müqayisədə 2017-ci ildə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb.
report.az