Avropalı arxeoloqlar Firon III Ramzesin ölüm sirrini tapıblar. Onun mumiyası kompüter tomoqrafiyası vasitəsilə tədqiq olunub.
Təhlil zamanı tədqiqatçılar Fironun boynunda böyük kəsilmiş yara aşkar ediblər. Belə məlum olub ki, III Ramzes boynu kəsilərək öldürülüb.
Səlnamələrə görə, Misir hakimiyyəti fironun oğlu və onun arvadlarından biri tərəfindən devrilib. Həmin hadisələr bizim eradan əvvəl 11-12- ci əsrlərdə baş verib.
ANS PRESS