Ötən 11 ayda kompüter və elektron məhsulların istehsalı 28,5 faiz artıb
18.12.2017

2017-ci ilin yanvar-noyabr aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 188,7 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsulların istehsalı 28,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 50,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, on bir ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 10,4 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 44,4 faiz artıb.

azertag.az