Paytaxtın Babək prospektində yenidənqurma işlərinə başlanılır
18.12.2017

Paytaxtın Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq dekabrın 18-dən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində başlanılır.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

azertag.az