"Unibank"ın istiqrazları Bakı Fond Birjasında (BFB) listinqə qəbul edilib.
BFB-dən verilən məlumata görə, bu gün BFB-nin Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Emitent | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın ilkin ticarət qiyməti | Bazar seqmenti |
1 | AZ2011002022 | faizli sənədsiz adlı təmin edilməmiş istiqraz | "Unibank Kommersiya Bankı” ASC | 1.000 (ədəd) | 10.000 USD | standart |
Nominal dəyəri 10 mln. dollar olan istiqrazların tədavül müddəti 6 ildir və illik gəlirlik dərəcəsi 6%-dir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.
Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
trend