“Kapital Bank” ASC müdafiə sənayesi işçiləri üçün yeni güzəştli kredit kampaniyasına başlayıb. Aksiya çərçivəsində “Kapital Bank”dan məvacib alan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına illik faiz dərəcəsində 2%-dək endirim edilir.
Banka istinadən verilən xəbərə görə, 8 min manatadək kreditlər zaminsiz verilə bilər.
Aksiya 31 yanvar 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını "Kapital Bank"dan alanlara şamil edilir.
report.az