Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına təşkil edilən Azərbaycanın ixrac missiyalarına 19 ixracatçı daxil idi.
Bunu 3-7 dekabr tarixlərində BƏƏ və Səudiyyə Ərəbistanına təşkil edilən ixrac missiyasının yekunlarına həsr edilmiş mətbuat konfransında "Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev deyib.
Y.Abdullayevin sözlərinə görə, onların 6-sı meyvə-tərəvəz ixracatçısı idi: “Bir sıra şirkətlər ilkin razılıqlar əldə edib. Bir şirkət öz məhsullarının Hindistana ixracı ilə bağlı müqavilə imzalayıb. Meyvə şirələri və ət ixrac edən bir sıra şirkətlər də BƏƏ bazarına ixrac etmək üçün razılıq əldə edib”.
"Azpromo" rəsmisi ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfərinin də uğurlu olduğunu deyib: “Səudiyyə Ərəbistanından 35 şirkətlə görüşdük. Hansılar ki, Ciddənin ən böyük distribütorlarıdır. Burada əsasən bal, ət və ət məhsullarının ixracı ilə bağlı ilkin razılıqlar əldə edilib”.
Missiya rəhbəri deyib ki, BƏƏ və Səudiyyə Ərəbistanına təşkil edilən missiyalar 9-cu və 10-cu ixrac missiyaları olub: “Made in Azerbaijan” brendinin təbliği çərçivəsində maksimum 10 ixrac missiyası təşkil edilə bilər. Bazar araşdırması ilə bağlı 34 müracətimiz olub ki, onlardan 22-si artıq təmin edilib. İlin sonuna qədər isə digər 12 sorğumuz cavablandırılacaq”.
report.az