Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
Bunu özəl olaraq TN-nin sektor müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqimatın edilməsi məqsədilə, başqa sözlə mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.
C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur.
trend.az