"Son illər ərzində turizm Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi işində aparıcı sahələrdən biri olub".
Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
N.Səmədov bildirib ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayiədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərinm sayı 20 faiz artıb və 2 milyon 477 mindən çox olub.
O qeyd edib ki, ölkəyə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib, Azərbaycandan xaricə gedən turstlər isə 1.2 milyard dollar xərcləyiblər: "Bu sahədə 100 milyon dollar müsbət saldo yaranıb ki, bu da təqdirəlayiq haldır."
report.az