Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Səbail” komandasının qış hazırlıq planı müəyyənləşib. Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Samir Əliyev məlumat verib.
O, bildirib ki, rəhbərlik etdiyi kollektiv yanvarın 3-də Bakıda bir araya gələcək. İki günlük tibbi yoxlanışdan sonra hazırlıq prosesinin I mərhələsinə start veriləcək.
Təlim-məşq toplanınışın II mərhələsi isə Türkiyədə olacaq. Yanvarın 20-də səfərə çıxmağı planlaşdıran “Səbail” fevralın 2-dək Antalya bölgəsində hazırlıq keçəcək. Həmin dönəmdə 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Səbail” qış fasiləsinə 13 xalla 6-cı pillədə yollanıb.
report.az