"Bank VTB (Azerbaijan)” ASC ödəniş kartlarının hazırlanması üçün embossinq avadanlığının alınması ilə əlaqədar açıq tender elan edib.
Bu barədə Banka istinadən xəbər verilir.
Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 25 dekabr 2017-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr-ti, 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.
Tender sənədləri ilə Bankın baş ofisində tanış olmaq mümkündür. Tender üzrə əlaqəndirici şəxs Elşən Mahmudovdur (tel.: (012) 492 00 80 (daxili nömrə - 1233); faks: (012) 437 71 21; mob.: (055) 212 03 31).
report.az